EN

Alman vətəndaşlığı almaq çətinləşə bilər − Bundestaq səs verdi


Oktyabrın 8-də Almaniya Bundestaqı (parlament) Almaniyanın immiqrasiya qanununa üç il ərzində sürətləndirilmiş prosedur vasitəsilə Almaniya vətəndaşlığını almaq hüququnu ləğv edən düzəliş üçün səs verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.
Bildirilib ki, sürətləndirilmiş naturalizasiya prosesini ləğv etmək üçün immiqrasiya qanununa düzəlişlər Almaniyanın federal əyalətlərinin nümayəndəlik orqanı olan Bundesrat tərəfindən qəbul edilməlidir.
Xatırladaq ki, 2024-cü ilin yanvarında Bundestaq Almaniya vətəndaşlığının alınması prosesini sadələşdirən qanun qəbul edib. Digər məsələlərlə yanaşı, düzəlişlər alman cəmiyyətinə uğurla inteqrasiya etdikdən sonra üç il ərzində vətəndaşlığın əldə edilməsinə icazə verdi - məsələn, əcnəbi C1 alman dili biliyinə malikdirsə və ya könüllülük işində fəal iştirak edirsə.
Chosen
52
1
yeniavaz.com

2Sources