Retinol (vitamin A-nın aktiv forması) dərinin dərin qatlarına nüfuz edərək onu nəmləndirir, kollagen və elastin sintezini sürətləndirir, qırışların və sızanaqların qarşısını alır, yağ və məsamələri tənzimləyir.
E-saglam.az istifadə qaydasını sizə təqdim edir:
Kimin üçün uyğundur:
Akne və genişlənmiş məsamələr
Yağlı və problemli dəri
Ruzasea və dermatit
Saç dərisi və qaşlarda sebore
Kimin üçün qadağandır:
Onkologiya, hipoalerjiya, qaraciyər və öd daşı xəstəlikləri
Hamilə və süd verən qadınlar, uşaqlar
İstifadə qaydası:
Konsentrasiya 0,1–0,3% ilə başlayın
Həftədə 2 dəfə tətbiq edin, tədricən artırın
Yalnız gecə istifadəsi, gün ərzində günəşdən qoruyun
Səth turşuları və sərt skrablarla birlikdə istifadə etməyin
Problemli dəri üçün serum, quru dəri üçün retinol kremi + lipid kremi
Kişilər üçün faydaları:
Dərinin sıxlıq və elastikliyini artırır
Ton və rəng bərabərliyini təmin edir
Tüklənmiş dəri üçün adaptiv üsul ilə istifadə edilə bilər
Testosteron səviyyəsini artıraraq libidonu yüksəldə bilər
Qeyd edək ki, retinol məhsullarını düzgün seçmək üçün etikette Retinal, Retinol palmitate, Retinol acetate, Retinoic Acid və ya Hydroxypinacolone Retinoate yazısını axtarın. Serum və maskaları gecə istifadə edin, gündüzdə isə UV qoruma vacibdir.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az