EN

Yaxın bir neçə saat ərzində…

Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, tərəflər arasında danışıqlar müsbət nəticələnərsə, HƏMAS və İsrail arasında yaxın bir neçə saat ərzində atəşkəs əldə oluna bilər.

Türkiyə diplomatiyasının rəhbərinin sözlərinə görə, danışıqlarda Türkiyənin kəşfiyyat idarəsinin rəhbəri İbrahim Kalın iştirak edir. Fidan onu da vurğulayıb ki, məhbus mübadiləsi ilə bağlı da razılaşma əldə oluna bilər.

Xatırladaq ki, HƏMAS və İsrail arasında dolayı danışıqlar oktyabrın 6-da Misirdə başlayıb.Tərəflər Qəzza zolağında atəşkəs barədə razılığa gəlmək niyyətindədirlər.

//Samir Qurbanov, Editor.az

Chosen
55
editor.az

1Sources