Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Sabiq maliyyə naziri, professor Saleh Məmmədov sosial şəbəkə hesabında bildirib ki, Azərbaycanda avtomobil idarə etmək üçün etibarnamə sistemi hələ də qüvvədədir və bu, vətəndaşlar üçün bir sıra çətinliklərə səbəb olur. Sabiq nazir qeyd edib ki, dünyanın digər 192 ölkəsində isə belə bir sistem artıq ləğv edilib və avtomobil idarə etmək üçün yalnız sürücülük vəsiqəsi və avtomobil sənədləri kifayət edir. Saleh Məmmədov həmçinin bildirib ki, Azərbaycan istisna olaraq bu sistemi qoruyub saxlayır və gündəlik praktikada tətbiq edir. Bu da vətəndaşlar üçün xərclərin artmasına, vaxt itkisinə və narazılığa səbəb olur.Azərbaycanda etibarnamə sisteminin ləğv olunması gözlənilə bilərmi?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, qonşu ölkələrdə belə hallar yoxdur.
Aslan Əsədov
“Etibarnamə məsələsi postsovet məkanında və digər ölkələrdə tətbiq olunan bir sənəddir. Bunun səmərəsizliyi ondan ibarətdir ki, bu gün bu və digər formada nəqliyyat sistemlərində dünyanın müxtəlif ölkələrində bununla bağlı müəyyən addımlar atılmaqdadır. Məsələn; etibarnamələrin bəzi ölkələrdə tətbiq olunmaması, bəzi ölkələrdə tətbiq olunması, etibarnamə ilə idarə edilən nəqliyyat vasitələrinin etibarlığının azalması. Qonşu ölkələrdə belə hallar yoxdur. Bunlar Ailə Məcəlləsi, qohumluq şəcərələri və varisliklə tənzimlənir. Amma birbaşa etibarnamə üçün proses bizdə hələ ki, ləng gedir. Gələcəkdə prosesin necə olacağı artıq aidiyyəti qurumun görəcəyi işlərdən və tədbirlərdən ibarətdir. Onların verəcəyi qərarlardan asılıdır.
Əslində bunun bir özəlliyi də ondan ibarətdir ki, etibarnama ilə idarə edilən nəqliyyat vasitələrində sui-istifadə hallarının da qarşısını almaq olacaq. Bu da gözlənilən addımlardan biri ola bilər. Çünki bəzən elə olur ki etibarnamə ilə maşını satırlar, almaq istəyərkən etibarnamə üçün pul tələb edirlər. Bildirirlər ki, müəyyən xərcləri var və sair. Bu nöqtey-i nəzərdən vətəndaşa çətinlik yaranır”-deyə Aslan Əsədov qeyd edib.
Günel Həsənova, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.