EN

Azərbaycanın U-17 millisi Fransaya 8 cavabsız qolla uduzdu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

"Unikal" xəbər verir ki, 9-cu qrupda yer alan Aqil Nəbiyevin komandası səfərdə Fransanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Kapbreton şəhərindəki “Bourret” stadionunda keçirilən görüş Fransa komandasının 8:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Azərbaycanın əsas milli komandası da növbəti matçını səfərdə Fransaya qarşı keçirəcək. Oyun DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da keçiriləcək.

Chosen
55
3
unikal.az

10Sources