EN

İngiltərədə sinaqoqa hücum edən şəxs İŞİD üzvü olub

ain.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumçu hadisə zamanı polisə zəng edərək İŞİD adından hərəkət etdiyini söyləyib. Polisin məlumatına görə, 35 yaşlı Britaniya vətəndaşı, suriyalı əsilli Cihad Əl-Şami keçən həftə Mançesterin Krumpsall rayonundakı "Heaton Park Hebrew Congregation" sinaqoqu yaxınlığında avtomobilini piyadaların üzərinə sürüb, daha sonra bıçaqla insanlara hücum edib. Silahlı polis əməkdaşları hadisə yerində Əl-Şamini atəş açaraq zərərsizləşdiriblər. Böyük Britaniyanın Terrorçuluqla Mübarizə Polis Xidmətinin rəhbəri Lourens Teylor isə ötən həftə açıqlamasında deyib ki, ilkin araşdırmalara görə, Əl-Şami radikal dini ideologiyanın təsiri altında ola bilər. Lakin hadisənin bütün təfərrüatlarını müəyyənləşdirmək üçün zamana ehtiyac var. AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
1
azvision.az

2Sources