EN

Koreya yeməkləri sağlamlıq üçün təhlükə yarada BİLƏR

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Koreya mətbəxində şorba və bulyon əsaslı yeməklər çox məşhurdur – istər evdə bişən güvəc yeməkləri, istərsə də hazır noodl şorbaları. Amma mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür yeməkləri çox tez-tez yemək, xüsusilə də şorbanın içinə düyü əlavə etmək sağlamlıq üçün ziyanlı ola bilər.

Redaktor.az kormedi.com-a istinadən xəbər verir kii, Koreya və Yaponiyada insanlar çoxlu şorba yediyi üçün bu ölkələrdə mədə xərçəngi halları daha çoxdur.

Şorbalardakı yüksək miqdarda duz mədənin daxili qatını zədələyir və uzun müddətdə xərçəng riskini artırır. Yaponiyada aparılmış bir araşdırma göstərib ki, həftədə 3-dən çox hazır noodl şorbası içən insanlarda mədə xərçəngindən ölmə riski 1.5 dəfə çoxdur. Son illərdə bu xəstəlik Koreyada birinci yerdən beşinci yerə düşsə də, mütəxəssislər deyir ki, duzlu şorba və güvəc yeməkləri hələ də əsas səbəblərdən biridir.

Hazır noodl və düyü – təhlükəli birlik

Koreyada insanlar çox zaman ramen şorbasının qalıq suyuna düyü əlavə edib yeyirlər. Amma bu vərdiş, şəkər və karbohidrat miqdarını artırır, bu da qan şəkərinin qəfil yüksəlməsinə səbəb olur. Həm noodl, həm də ağ düyü tez həzm olunur və şəkərin sürətlə artmasına səbəb olur. Mütəxəssislər deyir ki, bu iki yeməyi birlikdə yeməkdənsə, ya birini seçmək, ya da yanında tərəvəz yemək daha faydalıdır.

Adi şorbalara düyü qatmaq da ziyanlı ola bilər

Təkcə hazır noodl yox, gündəlik yeyilən soya pastası şorbası və ya paxlalı cücərti şorbasına düyü əlavə etmək də qan şəkərində sıçrayışlara səbəb ola bilər. Duzlu şorba həmçinin insanın başqa faydalı qidaları – məsələn, tərəvəzləri – yeməsinə mane ola bilər.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
1
redaktor.az

2Sources