EN

Azərbaycanda yeni iqtisadi portal oxucuların ixtiyarına verildi

Azərbaycanda yeni iqtisadi portal - "Kredit.az" oxucuların ixtiyarına verilib.

Publika.az xəbər verir ki, yeni yaradılan portal maliyyə və iqtisadiyyata dair ən etibarlı mənbələrdən biri olmağı hədəfləyir.

"Kredit.az" iqtisadi xəbərlər, analitik məqalələr, müsahibələr və aktual renkinqlərlə yanaşı, geniş məlumat bazası ilə seçilir. Portal istifadəçilərə valyuta məzənnələri, banklar, kredit təşkilatları və digər şirkətlər haqqında ətraflı məlumat təqdim edir. Sayt həmçinin müştərilərə kredit, depozit, endirim kartları və digər maliyyə məhsullarını müqayisə etmək imkanı verir.

Chosen
26
7
publika.az

10Sources