EN

Xorvatiya parlamentinin sədri: "Azərbaycanın suverenliyini bərpa etməsi qürurvericidir"

Ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin başçılıq etdiyi parlament nümayəndə heyəti Milli Məclisə gəlib.

"Cebheinfo.az"  xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Qonaqlar parlamentin plenar iclas zalı ilə tanış olduqdan sonra Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar, Qordan Yandrokoviç burada Xatirə kitabını imzalayıb.Sonra Milli Məclisin sədri Sahibə Qafarova və Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç arasında geniş tərkibdə görüş olub. Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin son 11 ildə parlament rəhbəri səviyyəsində ilk səfər olmaqla yanaşı, ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib. Görüşdə ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasından ötən 30 il ərzində münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, əlaqələrimizin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu qeyd edilib.

O, 2023-cü ildə Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsinin qürurverici olduğunu və tezliklə Ermənistanla sülh müqaviləsinin imzalanmasının bütün regionun inkişafına mühüm töhfə olacağını qeyd edib.Parlament sədri ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan münasibətlərin, o cümlədən enerji sektorunda əməkdaşlığın önəmindən danışıb, Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin ediilməsində rolunu vurğulayıb.

"Cebheinfo.az" 

Chosen
29
22
cebheinfo.az

10Sources