Ötən gün "Antalyaspor"la yollarını ayıran Emre Belözoğlunun işsiz günləri çox çəkməyəcək.
Offsideplus.az xəbər verir ki, onun "Eyüpspor"un yeni baş məşqçisi olacağı gözlənilir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İstanbul klubu daha əvvəl Selçuk Şahinlə yollarını ayırmışdı. Onlar hazırda 5 xalla Super Liqada 16-cı yerdədilər.