ABŞ Prezidenti Donald Tramp çinli həmkarı Si Cinpin ilə yaxın həftələrdə Cənubi Koreyada görüşəcəyini deyib.
Operativ Media xəbər verir ki, bu barədə Tramp Ağ Evdə Kanadanın Baş naziri Mark Karni ilə söhbəti zamanı deyib.
"Çin prezidenti Si Cinpin ilə əla münasibətim var. Onunla bir neçə həftədən sonra Cənubi Koreyada görüşəcəm. Uzun illərdir ki, əla münasibətimiz var", - Tramp deyib.