EN

"Fənərbaxça" Con Duranla yolları ayıra bilər

"Fənərbaxça"nın mövsümün əvvəlində transfer etdiyi Con Duranın zədəsi klub rəhbərliyini narahat edib.

Missiya.Az xəbər verir ki, 21 yaşlı hücumçunun baldır sümüyündəki iltihab səbəbilə yaşıl meydanlara dönüşü gecikir. Klub nümayəndələri görüşdə açıq şəkildə bildirib ki, zədə davam edərsə, qış fasiləsində müqaviləyə xitam veriləcək.

Kolumbiyalı futbolçu bu günə qədər Super Liqa və Avropa turnirlərində ümumilikdə 8 oyunu buraxıb.

Duranın beynəlxalq fasilədən sonra məşqlərə başlaması planlaşdırılır. Klub onun vəziyyətini diqqətlə izləyəcək. Gələcəyi isə zədəsinin gedişatından asılı olacaq.

Məlumata görə, "Fənərbaxça" rəhbərliyi artıq yeni hücumçu axtarışına başlayıb və qış transfer dönəmində heyəti gücləndirməyi planlaşdırır.

Seyranə QuliyevaMissiya.Az

Chosen
18
1
missiya.az

2Sources