EN

Azərbaycan gimnastları MDB Oyunlarında daha üç medal qazandı

Azərbaycanın bədii gimnastika üzrə yığma komandası III MDB Oyunlarında növbəti uğurlu çıxışı ilə yadda qalıb.

90deqiqe.Az xəbər verir ki, fərdi yarışlarda gimnastlarımız iki medal qazanıblar. Azadə Atakişiyeva toplarla hərəkətlərdə gümüş medalın sahibi olub. Nur Sadıqova isə halqa ilə çıxışında bürünc medala layiq görülüb.

Qrup hərəkətləri üzrə çıxış edən komandamız da fəxri kürsüyə yüksəlib. Gimnastlarımız 5 halqa ilə nümayiş etdirdikləri proqramla bürünc mükafat qazanıblar.

Qeyd edək ki, yarışın əvvəlki günündə Azadə Atakişiyeva çoxnövçülük proqramında da ikinci yeri tutaraq gümüş medal əldə etmişdi.

Sentyabrın 26-da start götürən III MDB Oyunlarına bu gün yekun vurulacaq.

Chosen
82
90deqiqe.az

1Sources