EN

Milyard dollar qazanan ilk futbolçu bəlli oldu

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyinin “Bloomberg Billionaires Index” reytinq hesabatına əsasən, Kriştianu Ronaldunun sərvəti 1,4 milyard ABŞ dollarına çatıb. “Bu ilin iyun ayında 40 yaşlı hücumçu “Əl-Nəsr” futbol klubu ilə 400 milyon dollardan çox dəyərində yeni müqavilə imzalayıb”, - agentlik yazır. 2002-2023-cü illər arasında Ronalda ümumilikdə 550 milyon dollardan çox pul qazanıb. O, həmçinin “Nike” şirkəti ilə ildə təxminən 18 milyon dollarlıq on illik müqavilə imzalayıb, “Armani” və “Castrol” kimi brendlərlə əməkdaşlıq edərək, sərvətini 175 milyon dollardan çox artırıb. Agentliyin hesablamalarına görə, Ronaldunun 2023-cü ildə “Əl-Nəsr” klubuna keçidi ona ildə təxminən 200 milyon dollar vergisiz maaş və bonuslar, həmçinin əlavə faydalar, o cümlədən 30 milyon dollar imza bonusu qazandıracaq. Beş dəfə “Qızıl top”un sahibi olan Kriştianu Ronaldu karyerası ərzində “Sportinq Lissabon”, “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus” lubalarında da çıxış edib. Portuqaliyalı çoxsaylı kubokların, o cümlədən beş dəfə Çempionlar Liqasının, üç dəfə İngiltərə Premyer Liqasının, hər birində bir dəfə olamqla İspaniya və İtaliya liqalarının qalibi titulunu qazanıb. Portuqaliya millisində keçirdiyi 223 oyunda Kriştianu Ronaldu 141 qola imza atıb. O, Avropa Çempionu (2016) və iki dəfə UEFA Millətlər Liqasının qalibidir. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
azvision.az

1Sources