EN

Qəbələdə qərar verildi: nüvə dövləti TDT-yə qoşula bilər

Türk Dövlətləri Təşkilatının Qəbələ sammitində “TDT+” formatının təsis olunması ilə yeni üzvlərin qəbulu və genişlənmənin önü açıldı. Geosiyasi güc mərkəzinə çevrilmək və daha geniş təsir imkanları əldə etmək hədəfi belə bir formatı zəruri edir.

TDT-yə maraq göstərən müxtəlif ölkələr var. Bu ölkələr arasında Pakistanın qoşulması perspektivi daha real görünür.

1. Pakistan-Azərbaycan-Türkiyə formatında həm ikitərəfli, həm üçtərəfli əlaqələr strateji müttəfiqlik səviyyəsindədir;
2. Ankara-Bakı-İslamabad xətti Orta dəhliz marşrutunun əsas sütunu hesab olunur, hətta qeyri-rəsmi hərbi müttəfiqliyin mövcudluğundan da bəhs olunur;
3. İslamabadın Mərkəzi Asiyasi ölkələri ilə bütün sferalarda – siyasi, iqtisadi və hərbi müstəvidə geniş əməkdaşlığı var;

TDT üzvləri ilə dərin münasibətləri fonunda Pakistanın “TDT+” formatında təşkilata üzv olması məntiqi nəticə hesab oluna bilər.

Belə bir addım Pakistana təkcə TDT ölkələri ilə əlaqələri dərinləşdirmək imkanı vermir, həm də Orta dəhliz marşrutunda mövqelərini gücləndirmək və Hindistana qarşı tarazlaşdırıcı təsirlər əldə etmək perspektivi vəd edir. Nüvə dövləti olan Pakistanın üzvlüyü TDT-nin Orta dəhlizdə nəzarəti ələ almaq və qloba güc mərkəzinə çevirilmək hədəfinə ciddi töhfə verə bilər.

Asif Nərimanlı


Chosen
28
publika.az

1Sources