EN

Gürcüstanda həbslər dalğası 

Gürcüstanda hakimiyyətin devrilməsinə çağırış işi üzrə saxlanılanların sayı 23-ə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə “Exo Kavkaza” saytı məlumat yayıb.

Bildirilir ki, saxlanılanlar arasında etiraz aksiyasının 5 təşkilatçısı da var və onlara artıq ittiham irəli sürülüb.

İttiham olunanlar arasında Vahid Milli Hərəkat Partiyasının üzvü, keçmiş baş prokuror Murtaz Zodelava, eyni partiyadan İrakli Nadiradze, “Aqmaşenebeli Strategiyası” partiyasının baş katibi Paata Mandjqaladze, Gürcüstan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəis müavini Laşa Beridze, eləcə də opera müğənnisi, “Rustaveli Prospekti” etiraz hərəkatının yaradıcısı Paata Burçuladze yer alır.

Cinayət işi konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya hakimiyyətin devrilməsinə çağırış, əmlakın məhv edilməsi, strateji əhəmiyyətli obyektlərin ələ keçirilməsi və ya blokadasına cəhd, eləcə də kütləvi iğtişaşların təşkili, rəhbərliyi və ya iştirakına görə açılıb.

Gürcüstanın baş naziri və “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bəyan edib ki, “hakimiyyəti devirmə cəhdi” iflasa uğrayıb və bu işdə əli olan hər kəs ciddi şəkildə cəzalandırılacaq.

Musavat.com

Chosen
12
34
musavat.com

10Sources