Amputant futbolu üzrə 2025-ci il Millətlər Liqasının C qrupunun oyunları Bakıda keçiriləcək.
APA xəbər verir ki, oyunlar 17-19 oktyabr tarixlərində baş tutacaq.
Oyunların açılış mərasimi 17 oktyabr saat 11:30-da ASCO Arenada (Bayıl stadionu) təşkil olunacaq.