EN

Azərbaycanda nikahdankənar doğulan körpələrin sayı açıqlanıb - 3 İLDƏ 48 MİNƏ YAXIN KÖRPƏ

Ölkədə nikahdankənar doğulan körpələrin sayı azalıb.

Bu, Dövlət Statistika Komitəsinin "Azərbaycanda kişilər və qadınlar" məcmuəsində öz əksini tapıb.

Bildirilib ki, rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 2022-ci ildə 18814, 2023-cü ildə 15622, 2024-cü ildə isə 13228 nəfər olub.

Abortların sayı artıb

Azərbaycanda abortların sayı artıb.

Məcmuədə ildirilib ki, Azərbaycanda 15-49 yaşlı hər min qadın arasında 2022-ci ildə 22.1%, 2023-cü ildə 27.9%, 2024-cü ildə isə 29.4% abort halları qeydə alınıb.

Ötən il doğulan əkizlərin, üçəmlərin və dördəmlərin sayı da açıqlanıb

Belə ki, ötən il 3386 (1709 qadın, 1677 kişi) əkiz dünyaya gəlib, 117 üçəm (63 qadın,54 kişi), 4 (kişi) dördəm dünyaya gəlib.

Chosen
48
15
marja.az

10Sources