EN

Gəncədə yeniyetmələr zibil qutularını yandırırlar

Gəncədə

Gəncədə yeniyetmələrin məsuliyyətsiz hərəkəti nəticəsində yanğın baş verib.Ulusum.az-ın bölgə müxbiri xəbər verir ki hadisə Şah İsmayıl Xətai prospektində yerləşən “Bazarstore” marketlər şəbəkəsinin filialının arxa tərəfində, 334C ünvanında qeydə alınıb. Məlumata əsasən, bir neçə yeniyetmə yaşayış binalarının həyətindəki zibil qutularına atılan tullantıları yandırıblar.Nəticədə yanğının daha da böyüməsi təhlükəsi yaranıb. Hadisə yerində sakinlər və binaların xidməti personalı operativ şəkildə müdaxilə edərək alovu söndürməyə nail olublar.Sakinlərin sözlərinə görə, həmin ünvanda bu kimi hallara tez-tez rast gəlinir. Onlar məsələ ilə bağlı aidiyyəti qurumların ciddi tədbir görməsini xahiş edirlər.R.D

Diqqət Çəkənlər

Almaniyada yeni seçilmiş merə silahlı hücum – Vəziyyəti kritikdir

Dietoloq Maks Goulend: “Artıq lif qəbulu sağlamlığa zərər verə bilər”

İrem Derici, Simge Sağın və Engin-Dilan Polat cütlüyü saxlanılıb - Daha Kimlər?

Chosen
15
ulusum.az

1Sources