EN

Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələrini daha da genişləndirmək üçün yaxşı imkanlar var - Sahibə Qafarova

Bakı. Trend:

Bugünkü görüşümüzdə əsas diqqət yetirdiyimiz məsələlərdən biri,əlbəttə ki, parlamentlərimiz arasında əlaqələr oldu.

Trend xəbərverir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova XorvatiyaParlamentinin sədri Qordan Yandrokoviçlə birgə keçirdiyi mətbuatkonfransında deyib.

Spiker bildirib ki, hər iki parlamentdə dostluq qruplarıfəaliyyət göstərir:

“Nümayəndə heyətlərimiz qarşılıqlı olaraq parlamentlərimizintəşkil etdiyi tədbirlərdə, bir sıra beynəlxalq parlamenttəşkilatlarının işində birgə iştirak edirlər.

Şübhəsiz ki, parlamentlərimiz arasındakı əlaqələri daha dagenişləndirmək üçün yaxşı imkanlar mövcuddur. Və elə QordanYandrokoviçin səfəri də bu imkanlardan istifadə etmək niyyətimizitəsdiq edir.

Bu gün dostluq qruplarımızı daha fəal əməkdaşlığa dəvət etdik.Parlament üzvlərimizin qarşılıqlı səfərlərinin sayının artırılmasıarzuolunandır.

Digər tərəfdən, beynəlxalq parlament təşkilatlarındakı nümayəndəheyətlərimizin daha da sıx təması, qarşılıqlı maraq doğuranməsələlərdə qarşılıqlı dəstəyi də əhəmiyyətlidir.

Parlamentlərimizin komitələri arasında əməkdaşlığın qurulması damüzakirə mövzularından biri oldu. Düşünürük ki, iqtisadiyyat,enerji, nəqliyyat, sahibkarlıq, təhsil, mədəniyyət kimiistiqamətlər üzrə fəaliyyət göstərən komitələrimiz arasında sıxişbirliyi, təcrübə mübadiləsi çox faydalı olacaq”.

Sahibə Qafarova çıxışının sonunda bütün bu işlərin həyatakeçirilməsində əsas məqsədi açıqlayıb.

“Xalqlarımızın təmsilçiləri olaraq biz parlament üzvləri daha dasıx əməkdaşlıq edərək xalqlarımızı bir-birinə daha da yaxınlaşdıraqvə ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəmizi verək.İnanıram ki, biz birgə səylərimizlə bu məqsədə nail olacağıq”, -deyə o fikrini yekunlaşdırıb.

Chosen
68
1
az.trend.az

2Sources