EN

Sahibə Qafarova: Xorvatiya ilə mina təmizləmə sahəsində sıx əməkdaşlıq edirik

BAKI, 8 oktyabr. TELEQRAF

Xorvatiya parlamentinin Azərbaycana səfəri bir sıra əlamətlərinə görə mühüm önəm kəsb edir.

Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclisdə xorvatiyalı həmkarı ilə mətbuata verdiyi birgə bəyanatda spiker Sahibə Qafarova deyib.

O qeyd edib ki, Azərbaycan ilə Xorvatiya arasında əlaqələr ötən dövrdə uğurla inkişaf edib. Prezident İlham Əliyev Xorvatiyaya üç dəfə rəsmi səfəri eyni zamanda Xorvatiya rəhbərliyinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına mühüm təsir edir. Azərbaycan 10 Avropa ölkəsinə qaz ixrac edir ki onlardan biri də Xorvatiyadır. Mina təmizləmə sahəsində iki ölkə arasında sıx əməkdaşlıq mövcuddur. Həmçinin parlamentlər arasında əlaqələrin inkişafı üçün yaxşı imkanlar var. Eyni zamanda parlament üzvlərinin qsrşılıqlı səfərləri də vacibdir. Qanunvericilik orqanları arasında bütün sahələrdə sıx iş birliyi və təcrübə mübadiləsi olacaq. Xalqlarımızın bir birinə yaxınlaşması istiqamətində bundan sonra da müntəzəm əməkdaşlıq davam edəcək

Chosen
36
teleqraf.com

1Sources