Oktyabrın 11-dən 12-nə keçən gecə Braziliyanın Rio-de-Janeyro şəhərində UFC Fight Night 261 turniri keçiriləcək.
90deqiqe.Az xəbər verir ki, əsas döyüşdə braziliyalı Çarlz Oliyveira ilə polşalı Mateuş Qamrot qarşılaşacaq.
Tədbir Bakı vaxtı ilə oktyabrın 11-i saat 00:00-da başlayacaq, əsas döyüş isə təxminən oktyabrın 12-si saat 05:30-da başlayacaq.
Turnirin preliminari döyüşlərində rusiyalı idmançı İrina Alexeeva braziliyalı Beatriz Meskita ilə qarşılaşacaq.