EN

Vaşinqton razılaşması "Ermənistana heç nə vermir, - Koçaryan"

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Keçmiş prezident Robert Koçaryan deyib ki, Ermənistan Vaşinqton görüşündən "nəticəsiz" qayıdıb.

"Ermənistan 8 oktyabr Vaşinqton görüşündən sıfır nəticə və yalnız problemlər əldə edib", - o, keçirdiyi mətbuat konfransında deyib.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Video açılmırsa, Youtube kanalımızda baxın.

"Amerika Birləşmiş Ştatları gələcəkdə yaradılacaq dəhliz üzərində çox konkret nəzarət əldə edib, Ermənistanla İran arasında sərhədə nəzarət etmək imkanı qazanıb, eləcə də Amerika prezidentinin namizədliyi Nobel mükafatına irəli sürüb", - Koçaryan deyib.

Azərbaycana gəldikdə, Koçaryanın sözlərinə görə, Azərbaycan Ermənistan ərazisindən dəhliz hüququ əldə edib, Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun buraxılması və Birləşmiş Ştatların Azərbaycana silah satışına qadağa qoyan 907-ci qətnamənin ləğvinə nail olub.

"Mən bu sənədlərdə Ermənistanın nə qazandığı ilə bağlı konkret məqamlar tapmağa çalışdım. Ermənistanın qazandğı sıfıra bərabərdir, yalnız problemlər əldə edib.

Bəs, nəhayət, Nikol Paşinyan nə qazandı? O, prezident Trampın imzası ilə bir fotoşəkil, heç bir hüquqi qüvvəsi olmayan və növbəti dəfə ona erməni xalqı aldatmaq imkanı verən bir sənəd".

Baş nazir Paşinyan əmindir ki, Tramp marşrutu Ilk növbədə regiona sülh və sabitlik gətirəcək.

O bildirib ki, Ermənistana Böyük İnvestisiyalar, İqtisadi və İnfrastrukturun İnkişafı və müasir texnologiyalar gətirəcək.

Paşinyanın deyib ki, layihə ilə bağlı yekun qərarlar qarşılıqlılıq prinsipləri əsasında, Ermənistan Respublikasının suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində qəbul ediləcək.

Chosen
75
bbc.com

1Sources