EN

“Şükriyyə” tamaşası Gürcüstanda nümayiş olunacaq

Bakı.Trend:

“Şükriyyə” tamaşası Gürcüstanda nümayiş olunacaq.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, okyabrın 14-də Akademik Milli Dram Teatrının“Şükriyyə” tamaşası Azərbaycan Respublikasının MədəniyyətNazirliyinin və Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi iləŞota Rustaveli adına Gürcüstan Milli Teatrında nümayişolunacaq:

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, nümayişAzərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Gürcüstanın ŞotaRustaveli adına Milli Teatrı arasında bu ilin fevral ayının 22-dəimzalanmış beynəlxalq əməkdaşlığa dair Memorandum əsasında baştutacaq.

Yazıçı Cavid Zeynallının eyniadlı pyesi əsasında hazırlanantamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi BəhramOsmanovdur.

Qeyd edilib ki, tamaşada əməkdar artist Münəvvər Əliyeva(Şükriyyə), xalq artisti Nurəddin Mehdixanlı (Fyodor Alekseyeviç),xalq artisti Əli Nur (Süleyman bəy), əməkdar artistlər MehribanXanlarova (Zöhrə), Vəfa Rzayeva (Mariya), aktyorlar Afət Məmmədova(Tamar), Rada Nəsibova (Lola), Ləman İmanova (Suğra), əməkdarartist Şəlalə Şahvələdqızı (Qadın müstəntiq), aktrisa DilarəNəzərova (Olqa), aktyor Rüstəm Rüstəmov (Nəzarətçi), aktrisalarAylin Həşimova (Lali), Lalə Süleymanova (Nino), Nəzrin Abdullayeva(Ayçiçək), aktyorlar Elsevər Rəhimov və Tural İbrahimov(Nəzarətçilər) çıxış edirlər.

"Tamaşanın səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrərəssamı Aygün Mahmudova, işıq rəssamı Rafael Həsənov, musiqitərtibatçısı Kamil İsmayılov, rejissor assistenti NərminHəsənovadır".

Qeyd edək ki, tamaşa Azərbaycanın istiqlal şairi Əhməd Cavadınhəyat yoldaşı Şükriyyə Axundzadənin sürgün həyatı haqqındadır.Məhəbbətinin qurbanı olan Şükriyyə Stalin rejiminin repressiyaqurbanı kimi Qazaxıstanın Akmolinski vilayətində 8 il sürgün cəzasıçəkib.

Tamaşanın əsas hadisəsinə paralel olan süjet xətlərində ŞükriyyəAxundzadə ilə bərabər digər ölkələrdən, o cümlədən Gürcüstandansürgün olunan qadınların da taleyinə işıq salınır, insanın mənəvitəmizliyi, çətin sınaqlar qarşısında ləyaqət hissini qorumasıtamaşaçılara təqdim olunur.

Xatırladaq ki, iki teatr arasında Memorandumu Azərbaycan DövlətAkademik Milli Dram Teatrının direktoru İlham Əsgərov vəŞ.Rustaveli adına Milli Teatrının direktoru Giorgi Tevzadzeimzalayıblar.

Memoranduma əsasən, teatrlar arasında qarşılıqlı ustad dərsləri,rejissorlar arasında görüşlərin keçirilməsi, birgə tamaşalarınhazırlanması, yaradıcı kollektivlərin qastrollarının, müxtəlifmədəni tədbirlərin təşkili planlaşdırılıb.

Memorandumdan irəli gələn məsələlərin həlli istiqamətində ilkaddım Gürcüstan Milli Teatrının Bədii rəhbəri, dünya şöhrətlirejissor Robert Sturuanın bu ilin martın ayında Akademik Milli DramTeatrında təşkil olunan ustad dərsi olub.

Chosen
36
6
az.trend.az

10Sources