EN

Aİ yə üzv ölkələrin Tehrandakı səfirləri İran XİN ə çağırılıb

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Avropa İttifaqına (Aİ) üzv ölkələrin Tehrandakı səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb. Bu addım Körfəz Əməkdaşlıq Şurası və Aİ-nin birgə yaydığı bəyanata etiraz olaraq atılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi sözügedən bəyanatı "əsassız" adlandıraraq, Aİ-nin Fars körfəzi məsələlərinə müdaxiləsinə etiraz edib. O, bəyanatda yer alan iddiaların İranın suverenliyinə qarşı olduğunu vurğulayıb.

Diplomat qeyd edib ki, Fars körfəzində yerləşən Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adaları İranın ayrılmaz tərkib hissəsidir və bu məsələdə heç bir güzəştə gedilməyəcək.

Rəvançi, habelə, İranın raket proqramını ölkənin qanuni özünümüdafiə hüququnun bir hissəsi və regional sabitliyin təminatı kimi qiymətləndirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
41
oxu.az

1Sources