EN

Bakl-Qazax yolunda qəzada 4 nəfər xəsarət alıb

Kürdəmirdə yol qəsası olub, xəsarət alanlar var.

APA- nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Sığırlı kəndindən keçən hissəsində baş verib. " Mitsubishi Pajero" markalı minik maşını idarəetmədən çıxaraq beton dirəyə çırpılıb. Nəticədə 4 nəfər- 1979- cu il təvəllüdlü Maksud Savalan oğlu Qaraşov, 2010- cu il təvəllüdlü Yusif Maksud oğlu Qaraşov, 1990- cı il təvəllüdlü Aytac Elxan qızı Qaraşova və 1946- cı il təvəllüdlü Məxmər Xalıqverdi qızı Qaraşova müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Chosen
62
5
apa.az

2Sources