EN

Bal almaq istəyənlərin nəzərinə - Bu ayın 18-dən...

Bakıda Bal yarmarkasının keçirilməsi ilə bağlı hazırlıq işləri görülür.

Bu barədə "Yeni Sabah" Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC-dən məlumat verilib. 

Bildirilib ki, yarmarkaya ölkənin dördbir yanından, xüsusən də işğaldan azad edilmiş ərazilərdən arıçı fermerlər qatılacaqlar. pizza mizza

"Bal yarmarkasına maraq hər il çox böyük olur. Müraciətlərin sayı həddən artıq çox idi. Bal yarmarkasının üstünküyü və fərqi ondan ibarətdir ki, yalnız AQTA-nın qeydiyyatından keçmiş ballar satışa çıxarılır.

Bu il Aqrar Tədarük və Təchizat ASC olaraq alıcılara daha keyfiyyərli məhsul təqdim edə bilmək üçün ballarda həm də saxaroza analizləri götürüldü. Bu analiz alıcılara daha yaxşı məhsul təqdim etmək üçün nəzərdə tutulub. Hazırda yarmarkaya məhsulların qəbulu və analizi prosesi davam edir".

Qeyd edilib ki, oktyabrın 18-dən noyabrın 9-na qədər, metronun "Gənclik" stansiyası ilə üzbəüz, Atatürk parkında Bal yarmarkası təşkil olunacaq. Qiymətlər isə balın növündən, alınan çiçəklərdən asılı olaraq dəyişəcək.


Telegram kanalımız
Chosen
3
2
yenisabah.az

4Sources