EN

Şəhidimiz mayor Hüseynağa Balıevin anım günüdür

Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Hüseynağa Salman oğlu Balıev 1987-ci il dekabrın 22-də Salyan şəhərində anadan olub.

QHT.az xəbər verir ki, o, 2004-cü ildə orta məktəbi bitirdikdən sonra hərbçi peşəsinə yiyələnmək üçün Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2010-cu ildə oranı əla qiymətlərlə bitirərək, Naxçıvandakı hərbi hissədə zabit kimi qulluq etməyə başlayıb. 2015-ci ildə onun xidmət yeri cəbhə xəttinin Ağcabədidən keçən hissəsində yerləşən hərbi hissələrdən birinə dəyişdirilib. Əvvəlcə qərargah rəisi, bir müddət sonra isə tabor komandiri kimi xidmət edib.

Hüseynağa Balıev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 8-də bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Hüseynağa Balıev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və "Qarabağ" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

 

Chosen
23
qht.az

1Sources