“Real Madrid”in türkiyəli ulduzu Arda Güler yenidən sosial şəbəkələrin gündəminə çevrilib.
Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, gənc futbolçunun “Instagram” hesabında etdiyi son paylaşım dünya mediasında da geniş rezonans doğurub.
Arda Gülerin paylaşdığı bir kadr xüsusilə diqqət çəkib.
Sözügedən fotoda komanda yoldaşı Kilyan Mbappe təyyarədə dərin yuxuya getmiş halda görünür. Arda isə yanında gülümsəyərək kameraya baxır.
Bu görüntü qısa müddətdə sosial mediada sürətlə yayılaraq viral olub.
Musavat.com















