EN

III MDB Oyunlarında son gün: Şəkidə yarış, Gəncədə bağlanış

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarına bu gün yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, sentyabrın 26-da start götürən yarışın sonuncu günündə bədii gimnastlar mübarizə aparacaq.

Son medalçılar Şəkidə müəyyənləşəcək.

Saat 19:00-da isə Gəncə stadionunda turnirin bağlanış mərasimi baş tutacaq.

Qeyd edək ki, III MDB Oyunlarında ümumilikdə 13 ölkədən 1624 idmançı qatılıb.

Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edib.
 

Chosen
49
49
fanat.az

10Sources