Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2026-ci ildə keçiriləcək dünya çempionatının rəsmi topunu təqdim edib.
"Football-plus.az" xəbər verir ki, “Trıonda” adlanacaq topun dizaynında qırmızı, mavi və yaşıl rənglərdən istifadə olunub.
Rənglər ev sahibləri olan Kanadanı, Meksikanı və ABŞ-nin rəmzlərini təcəssüm etdirir. Topda həmçinin Kanadanı qızılağac yarpağı, Meksikanı qartal və ABŞ-ni ulduz motivləri ilə təmsil edən elementlər var.