ain.az bildirir, Kulis.az portalına istinadən.
Bu gün rus şair Marina Svetayevanın doğum günüdür. Kulis.az bu münasibətlə müəllifin Aleksandr Bloka həsr etdiyi "Sənin adın" şeirini təqdim edir.
Sənin adın – quş kimidi əlimdə,Sənin adın – buz kimidi dilimdə.Sənin adın – hərflərin beşidi*,Dodağımın bircə tərpənişidi.Cingildəyən gümüş zınqırovdumu?Havadaca tora düşən topdumu.Sənin adın – bu bahar gecəsindəÇöldən keçən atların nal səsində.Sakit gölə bir daş atsam bu gecəQulağıma sənin adın gələcək.Gicgahıma güllə sıxsam qəfildən,Adın qopar şaqqıldayan tətikdən.Sənin adın – necə deyim, ax, necə?! –Yuxulu gözdən bir öpüşdü gizlicə.Sonra çıxıb tez qapını örtməkdi.Sənin adın – qışda qarı öpməkdi.Bircə qurtum sərin sudu, sərin su…Və lap dərin bir yuxudu, bir yuxu.* İnqilabdan əvvəl Blok adı beş hərfli idi (Блокъ)
Tərcümə edən: Ramiz Rövşən
Məşhur müğənniyə cinayət işi açıldı
"Google" süni intellektə görə məhkəməlik oldu
"Mənim eşqim, ilhamım, hər nəyim var, onundur..." - Şəhriyar hansı qadın haqqında hüznlə etiraf etmişdi?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.