EN

Terroru maliyyələşdirmədə təqsirləndirilən şəxslərin məhkəmə prosesi keçirilib

Bakı. Trend:

Terroru maliyyələşdirmədə təqsirləndirilən Xəqani Ömərov, AnarSalamzadə və Elçin Əzizovun barəsində Dövlət TəhlükəsizliyiXidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesikeçirilib.

Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanınsədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi vəsatətlə çıxışedib.

Xəqani Ömərovun vəkili məhkəmədən hüquqlarını müdafiə etdiyişəxsə münasibətdə cinayət işinə xitam verilməsini xahiş edib.

Məhkəmə vəsatəti əsassız olduğu üçün təmin etməyib.

Sonra prosesdə şahidlər ifadə veriblər.

Daha sonra iş üzrə şahid qismində cəlb edilmiş 4 nəfəriniştirakı olmadan istintaqa verdikləri ifadələr elan edilib.

Məhkəmə prosesi 28 oktyabrda davam etdiriləcək.

Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyatnəticəsində saxlanılıblar. İstintaq orqanı müəyyən edib ki,təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xariciölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləriköçürüblər. Təqsirləndirilən şəxslərə qarşı AR Cinayət Məcəlləsinin214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittihamirəli sürülüb.

Məqalədə:
Chosen
83
10
az.trend.az

10Sources