Rusiya ordusu cəbhədə ciddi itkilər verməkdə davam edir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 2025-ci il oktyabrın 8-nə olan statistik məlumatları açıqlayıb.
Musavat.com “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, son sutkada Ukrayna müdafiəçiləri təxminən 1010 rus hərbçisini məhv ediblər.
Məlumata əsasən, 24 fevral 2022-ci ildən bu günə qədər Rusiya ordusunun ümumi itkiləri 1 milyon 118 min 370 nəfər təşkil edib.
Bundan başqa, Rusiya ordusunun ümumi itkiləri belədir:
11 240 tank (+2)
23 324 zirehli döyüş maşını (+5)
33 519 artilleriya sistemi (+26)
1 517 reaktiv yaylım atəşi sistemi (+1)
1 225 hava hücumundan müdafiə sistemi (+1)
Rusiya aviasiyasının itkiləri isə 427 təyyarə və 346 helikopter olaraq qalır.
Son sutkada daha 401 pilotsuz uçuş aparatı məhv edilib, ümumi say 67 965-ə çatıb.
Həmçinin 3 841 qanadlı raket, 28 gəmi və qayıq, eləcə də 1 sualtı qayıq sıradan çıxarılıb.
Rusiya qoşunlarının logistik itkiləri də artmaqdadır:
63 650 avtomobil və yanacaq tankeri (+75)
3 973 xüsusi texnika
Ukrayna Baş Qərargahının məlumatına görə, Ukrayna qüvvələri cəbhənin müxtəlif istiqamətlərində təşəbbüsü ələ alıb və düşmən mövqelərinə dəqiq zərbələr endirməklə Rusiya ordusuna böyük zərər vurur.
Musavat.com