ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciəti zamanı ölkədə bu qış qazın qiymətinin artırılmayacağını bəyan edib.
Redaktor.az xəbər verir ki, bu barədə prezident "Teleqram" kanalında məlumat paylaşıb.
Dövlət başçısının sözlərinə görə, bu qərar Ukraynanın Baş naziri Yuliya Sviridenko ilə keçirilən iclasın nəticəsində qəbul olunub.
“Bu qış əhali üçün qazın sabit qiyməti qorunacaq, qazın qiyməti artırılmayacaq”, - Zelenski vurğulayıb.
Prezident həmçinin əhalinin sosial müdafiəsini gücləndirmək üçün əlavə tədbirlərin, o cümlədən məcburi köçkünlərə daha təsirli yardım mexanizmlərinin hazırlanacağını da bildirib.
Aytəkin TOFİQQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.