EN

İtaliyanın Baş naziri Haaqa Məhkəməsinə verildi

BAKI, 8 oktyabr. TELEQRAF

İtaliyanın Baş naziri Ciorcia Meloni barəsində Beynəlxalq Cinayət Məhkəməsinə (Haaqa Məhkəməsi) iddia qaldırılıb.

Teleqraf xəbər verir ki, Meloni bu barədə "Rai1" telekanalına müsahibəsində bildirib.

O, Fələstinin Qəzza zolağında törədilən soyqırımda guya iştirakda ittiham olunur.

“Bəli, məni, müdafiə naziri Quido Krozettanı, xarici işlər naziri Antonio Tayanini və “Leonardo” şirkətinin baş direktoru Roberto Çinqolani Beynəlxalq Cinayət Məhkəməsində məhkəməyə veriblər. Bu, tarixdə görünməmiş bir haldır”, – deyə Meloni qeyd edib.

Chosen
74
4
teleqraf.com

8Sources