Salyanda sürücünün yanaraq ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayonunun Qarabağlı kənd sakini, 1987-il təvəllüdlü Əzizov Afət Asət oğlunun idarə etdiyi avtomobil qəzaya uğradıqdan sonra alışaraq yanıb.
Nəticədə sürücü avtomobildə yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.