Ukrayna Prezidenti Vladimir Zelenski təhlükəsizlik səbəblərinə görə xaricə səfərlərində hava nəqliyyatından deyil, dəmir yolundan istifadə etməyə üstünlük verir.
Sherg.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə britaniyalı geosiyasi analitik Aleksandr Merkuris bildirib.
O qeyd edib ki, Zelenski ölkəni tərk etmək üçün fərqli nəqliyyat vasitələrinə üstünlük verir.
“Zelenski Kiyevi tez-tez tərk etməyi sevir. Xaricə getmək istəyəndə isə qatarla səyahət edir”, – Merkuris qeyd edib.
Ekspertin fikrincə, Ukrayna rəhbərliyinin bu qərarı Rusiyanın hava hücumlarına qarşı effektiv müdafiə imkanlarının zəif olması ilə bağlıdır.