EN

“Bu səbəbdən yeni oyunçulara da şans verəcəyik”

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayev Özbəkistanda keçirilən təlim-məşq toplanışı barədə fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib:

“Noyabrda Maltada baş tutacaq Avropa çempionatının seçmə mərhələ oyunlarından öncəki son təlim-məşq toplanışımızı keçirik. Özbəkistanla iki yoxlama oyunu keçirəcəyik.

Rəqib çox güclü komandadır. Bu matçlarda gücümüzü sınayacağıq və seçmə mərhələyə nə dərəcədə hazır olduğumuzu görəcəyik.

Həmişə güclü komandalarla qarşılaşmağın tərəfdarı olmuşam. Çünki belədə çatışmazlıqlarımızı görürük və həmin səhvlərin üzərində işləməyə başlayırıq.

Bəzi futbolçularımız U-21 millimizə dəvət alıblar. Bu səbəbdən Özbəkistanla görüşlərdə yeni oyunçulara da şans verəcəyik. Səfərdən yaxşı nəticələrlə dönməyə çalışacağıq”.

U-19 millimiz toplanış çərçivəsində oktyabrın 9-da və 12-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.

Chosen
21
sportinfo.az

1Sources