EN

ABŞ bunu etsə, Rusiya nüvə silahı ilə hücuma keçəcək – Şok xəbərdarlıq

ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter Rusiyanın ərazisinə mümkün “Tomahawk” raketinin buraxılmasına necə reaksiya verəcəyini şərh edib. 

O, bu barədə “YouTube” kanalında yayımlanan çıxışında danışıb.

Ritterin sözlərinə görə, belə bir ssenari baş verərsə, Moskva tərəddüd etmədən cavab addımı atacaq.

“Rusiyaya “Tomahawk” buraxıldığı anda rusların bu raketin nüvə başlığına malik olduğunu güman etməkdən başqa çarəsi qalmayacaq. Bundan sonra onlar uyğun şəkildə hərəkət etməli olacaqlar. Hətta nüvə silahına belə əl ata bilərlər,” – deyə o bildirib.

O hesab edir ki, belə bir hadisə birbaşa eskalasiya və genişmiqyaslı qarşıdurma riski yaradar.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükü ilə bağlı qərarın praktiki olaraq qəbul edildiyini açıqlamış, lakin detalları dəqiqləşdirməmişdi.

Globalinfo.az

Chosen
7
1
editor.az

10Sources