Son İspaniya çempionu “Barselona” ötən mövsüm üzrə maliyyə hesabatını yayımlayıb.
Bu barədə klubun rəsmi saytında məlumat verilib.
Bildirilib ki, komandanın ümumi əməliyyat gəlirləri 994 milyon avro, xalis əməliyyat mənfəəti isə 2 milyon avro təşkil edib. Həmçinin “Nike” şirkəti ilə imzalanan sponsorluq müqaviləsi çərçivəsində də katalonlar 259 milyon avro gəlir əldə edib.
Xatırladaq ki, yeni maliyyə ili üçün “Barselona”nın 1 milyard avro gəlir hədəfi qoyduğu da açıqlanılıb.
"Cebheinfo.az"