EN

Sabiq deputat həbs olundu Ərdoğanın keçmiş silahdaşı idi

Mia.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyədə kemiş deputat hıəbs olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prezident Ərdoğnaı təhqir etməkdə ittiham edilərək, dünən saxlanılan AK Partiyalı  keçmiş millət vəkili Hüseyn Kocabıyık axşam Ankara məhkəməsinin qərarı ilə həbs olunub.

Onun barəsində istintaq müddətində həbs qətimkan tədbiri seçilib, daha sonra isə onun evində axtarış aparılıb.

Xatırladaq ki, AKP-nin sabiq deputatı Hüseyn Kocabıyık saxlanılarkən sosial media hesabında vaxti ilə lideri kimi qəbul etdiyi Ərdoğana belə mesaj vermişdi: “Həbsxanaya getmək mənim üçün problem deyil. Amma insanların siyasi səbəblərlə haqsız yerə həbsə atılması dəhşətlidir".

Onu da qeyd edək ki, Hüseyin Kocabıyık 1963-cü ildə Konyada anadan olub. O. 1995-1999-cu illərdə Baş nazirin müşaviri vəzifəsində çalışıb. Kocabıyık Türkiyə Böyük Millət Məclisinin 25 və 26-cı dövrlərində İzmirdən AKP xəttiylə millət vəkili seçilib.

Samir Musayev

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
mia.az

1Sources