EN

Keçmiş UFC çempionu Makqreqor 18 ay müddətinə diskvalifikasiya olunub

Bakı. Trend:

İrlandiyalı qarışıq döyüş ustası Konor Makqreqor antidopinqqaydalarını pozduğuna görə 18 ay müddətinə diskvalifikasiyaolunub.

Trend-inməlumatına görə, bu barədə UFC-nin saytında bildirilib.

Keçmiş UFC çempionu keçən il üç bioloji testi buraxmışdı ki, buda pozuntu sayılır.

"UFC idmançılarından əvvəlcədən xəbərdarlıq etmədən onlarlaəlaqə saxlamaq və bioloji testdən keçmək üçün hər zaman dəqiq yerməlumatı təqdim etmələri tələb olunur. Makqreqorun iştirak etməməsi13 iyun, 19 sentyabr və 20 sentyabr 2024-cü il tarixlərində başverib və hər dəfə CSAD (Dopinqle Mübarizə üzrə AntidopinqAgentliyi) tərəfindən onları yer məlumatlarının verilməsindəpozuntular kimi təsnif edib", - deyə bidirilib.

Məqalədə:
Chosen
71
1
az.trend.az

10Sources