"Bir neçə ay əvvəl Ağ Evdə olarkən dediyim kimi, siz dəyişikliklər yaradan bir prezidentsiniz".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı deyib.
Baş nazirin sözlərinə görə, o vaxtdan bəri iqtisadiyyatda dəyişikliklər baş verib, NATO tərəfdaşları müdafiə xərclərinə dair görünməmiş öhdəliklər götürüb, Hindistan və Pakistan, Azərbaycan və Ermənistan arasında sülh bərqərar olub.
O qeyd edib ki, bu dəyişikliklər Kanada ilə ABŞ arasında münasibətlərdə də öz əksini tapıb.