EN

Rusiya Prezidenti: Mülki obyektlərə zərbələr Ukraynaya kömək etməyəcək

BAKI, 7 oktyabr. TELEQRAF

Ukrayna Qərbdəki havadarlarına ən azı bir qədər uğur nümayiş etdirmək üçün Rusiyadakı mülki hədəflərə zərbələr endirir.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezident Vladimir Putin bildirib .

Onun sözlərinə görə, müqavimət cəhdlərinə baxmayaraq, Ukrayna Silahlı Qüvvələri bütün cəbhə boyuncageri çəkilir.

"Və bu fonda Kiyev rejimi Qərb sponsorlarına ən azı uğur nümayiş etdirməyə çalışır, tamamilə dinc hədəflərə Rusiya ərazisinə dərin zərbələr endirməyə çalışır. Bu onlara kömək etməyəcək", - Putin bildirib.

O vurğulayıb ki, əsas vəzifə Rusiya vətəndaşlarının, eləcə də strateji obyektlərin, o cümlədən enerji infrastrukturunun təhlükəsizliyini təmin etməkdir.

Chosen
9
teleqraf.com

1Sources