Ajans.az-ın məlumatına görə, hadisə Yenicə kəndində baş verib. 1991-ci il təvəllüdlü rayon sakini Cıkqayev Ruslan Qabil oğlu hələ ki bilinməyən səbəbdən kəsəyən dərmanı içib. Zəhərlənən şəxs ağır durumda xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır