EN

Cennaro Qattuzo İsraillə oyunun ləğv olunması ehtimalı barədə danışdı

2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının seçmə oyunları öncəsi İtaliya yığmasının baş məşqçisi Cennaro Qattuzo İsrailə qarşı oyunun ləğv edilməsi ehtimalından danışıb.

90deqiqe.Az xəbər verir ki, "Eurosport.it" təcrübəli mütəxəssisin dediklərini belə çatdırıb.

“Çərşənbə günü Udinə yollanacağıq. Bilirik ki, orada az sayda insan olacaq və sizin narahatlığınızı başa düşürəm. Amma həmçinin bilirik ki, oyunu keçirməliyik, əks halda 0:3 hesabı ilə məğlub sayılacağıq. Təbii ki, baş verənləri görmək, günahsız insanların, xüsusən uşaqların həyatını itirməsi çox kədərlidir — bu, ürəyi parçalayan bir durumdur” 

Xatırladaq ki, əvvəl məlumat yayılmışdı ki, Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İsrailin üzvlüyünün dayandırılması ilə bağlı iclas çağırmaq üçün mümkün qədər tez qərar qəbul etməyi planlaşdırır.Oyun oktyabrın 14-də baş tutacaq, bundan əvvəl isə Qattuzonun yetirmələri oktyabrın 11-də Estoniya ilə qarşılaşacaq.

Chosen
75
90deqiqe.az

1Sources