EN

Azərbaycanda qanunsuz ov edən əcnəbilərin sayı açıqlanıb

Azərbaycanda bu ilin 9 ayı ərzində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aidiyyəti qurumları nəzarət tədbirləri nəticəsində 122 nəfəri saxlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib. Onun sözlərinə görə, saxlanılan şəxslərdən 10-u xarici ölkə vətəndaşıdır. "Onlar barəsində qanunamüvafiq tədbirlər görülüb. Qanunsuz ov faktları ilə bağlı ümumilikdə 121 min 878 manat məbləğində cərimə tətbiq olunub", - o əlavə edib.

Chosen
25
6
avtosfer.az

7Sources