EN

Oktyabrın 9 u, Park de Prens də...

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Paris şəhərindəki “Park de Prens” stadionunda keçiriləcək Fransa – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı məlum olub.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı oktyabrın 9-u Bakı vaxtı ilə saat 21:30-da baş tutacaq. 22:00-da isə Azərbaycan millisi sözügedən aranada məşqə çıxacaq.

9 oktyabr

Fransa milli komandası

14:15. Mətbuat konfransı

20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası

21:30. Mətbuat konfransı

22:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd edək ki, tədbirlərin başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
2
qol.az

3Sources