EN

İsrail ordusu Eylat üzərində 4 PUA-nı zərərsizləşdirdi

İsrail Müdafiə Qüvvələri bir saat ərzində ölkənin cənubunda yerləşən Eylat şəhəri istiqamətində uçan dörd pilotsuz aparatı ələ keçirdiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bütün PUA-lar Yəmən ərazisindən İsrailə doğru buraxılıb.

Hadisə zamanı Eylat bölgəsində hava hücumu siqnalı səsləndirilib, lakin dağıntı və tələfat qeydə alınmayıb.

İsrail hərbçiləri bildiriblər ki, hava hücumundan müdafiə sistemləri hədəfləri vaxtında aşkarlayaraq zərərsizləşdirib.

Chosen
31
1
operativmm.az

2Sources